
Suriyada sabiq prezident Bəşər Əsədin devrilməsinin birinci ildönümü qeyd olunur.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bununla bağlı paytaxt Dəməşqdə hərbi parad keçirilib.
Paradda Suriya Prezidenti Əhməd Əl Şaraa (o vaxtkı geyimində) və hökumət üzvləri iştirak ediblər.
Qeyd edək ki, ötən il dekabrın 8-də Suriyada Bəşər Əsəd rəhbərliyindəki hökumət devrilib. Beləliklə, ölkədə 2011-ci ildən bəri davam edən vətəndaş müharibəsindən sonra ölkənin siyasi-ictimai həyatında yeni səhifə açılıb.
Devrilmiş prezident Bəşər Əsəd Rusiyadan siyasi sığınacaq alıb. Suriyanın hazırkı hökuməti dəfələrlə Rusiyadan onun ekstradisiyasını tələb etsə də, müsbət cavab ala bilməyib.
Əsədin hakimiyyəti dövrü vətəndaş müharibəsi, mülki əhalinin qətliamı, sürgünü, insan haqlarının kobud şəkildə pozulması, işgəncələr, ağır iqtisadi şərait, milyonlarla suriyalının öz ölkəsindən didərgin düşməsi və digər neqativ hallarla yadda qalıb...