Yekaterinburqda həbsdə olan azərbaycanlıların APELLYASİYA ŞİKAYƏTİNƏ BAXILIB

Rusiyanın Sverdlovsk Vilayət Məhkəməsi Yekaterinburqda həbsdə olan Əhliman Gənciyev, Əziz Abasov, Şahin Lalayev və Akif Səfərovun apellyasiya şikayətinə baxıb.

 

Məhkəmənin "Telegram" kanalının məlumatına görə, vilayət məhkəməsi iş materiallarını araşdırdıqdan sonra birinci instansiya məhkəməsinin qərarını mahiyyəti üzrə qüvvədə saxlayıb.

 

Qeyd edək ki, 16 oktyabr 2025-ci il tarixində Yekaterinburqun Verx-İsestski Rayon Məhkəməsi həmyerlilərimizin həbs müddətini 29 dekabr 2025-ci ilə qədər uzadıb.

 

Təqsirləndirilən şəxslərin vəkilləri qərardan apellyasiya məhkəməsinə şikayət edərək, müştəriləri üçün daha yüngül qətimkan tədbiri - ev dustaqlığı və ya müəyyən fəaliyyətlərə qadağa qoyulmasını istəyiblər.

 

Oxu.az xatırıadır ki, ibtidai istintaq orqanları A.Gənciyev, A.Abasov və Ş.Lalayevi Rusiya Cinayət Məcəlləsinin 33-cü maddəsinin 3-cü hissəsi, 105-ci maddəsinin 2-ci hissəsinin "z" və "j" bəndləri ilə cinayət törətməkdə ittiham ediblər. Akif Səfərov isə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin "j" bəndi, 33-cü maddəsinin 3-cü hissəsi, 30-cu maddəsinin 3-cü hissəsi, 105-ci maddəsinin 2-ci hissəsinin "z" və "j" yarımbəndləri ilə ittiham olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.