Ursula Fon der Lyayen: Avropa İttifaqı Ukraynaya dəstəyini dayandırmayacaq

Sülh danışıqları davam etsə də, Avropa İttifaqı Ukraynaya dəstəyini dayandırmayacaq.

 

Senzor.az bildirir ki, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen bu barədə özünün sosial media hesabında yazıb. 

 

“Sülh danışıqlarına baxmayaraq, Avropa İttifaqı Ukraynanı qətiyyətlə dəstəkləməyə davam edəcək. Kiyevin maliyyələşməsi ilə bağlı təkliflərimiz müzakirə mərhələsindədir. Biz Ukrayna Prezidenti Volodimir Zelenskini bir daha əmin edirik ki, Brüssel öz prinsiplərinə sadiq qalacaq”, - deyə Ursula Fon der Lyayen bildirib.

 

Avropa Komissiyası sədrinin fikrincə, Ukrayna “Avropa İttifaqının ilk müdafiə xəttidir” və ölkənin təhlükəsizliyi uzun müddət ərzində təmin edilməlidir.

 

Qeyd edək ki, bir müddət öncə Almaniya Kansleri Fridrix Merts və Avropanın digər liderləri Volodimir Zelenskini ABŞ Prezidenti Donald Trampın sülh planı ilə razılaşmamağa çağırıblar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.