Hazırkı "sülh planı" Zelenski üçün ölümə bərabərdir - ŞƏRH

Ukrayna-Rusiya müharibəsində kritik dönəm başlayıb. ABŞ liderinin “sülh planı”nın irəli sürülməsindən sonra məsələ daha da mürəkkəbləşib.

 

Belə ki, Ukraynanın müəyyən ərazilərindən əl çəkməsi, eləcə də Prezident Volodimir Zelenskinin seçkilərə getməsi kimi məsələlər irəli sürülür. Hətta ABŞ lideri Donald Tramp şəxsən Zelenskini seçkilərə getməyə çağırıb.

 

 ABŞ liderinin çağırışına cavab verən Zelenski “mən həmişə seçkilərə hazıram” deyib.

 

Onu da qeyd etmək lazımdır ki, Zelenski hələ də "sülh planı" ilə tanış olmayıb. Məhz bu da Trampı məyus edib.

 

Zelenskinin seçkiyə gedib-getməyəcəyi, namizədlikdən çəkilib-çəkilməyəcəyi və bu qərarın gələcək proseslərə necə təsir edəcəyi suallar doğurur.

 

Modern.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, ABŞ liderinin təklif etdiyi "sülh planı"nın qəbul edilməsi Zülünski üşün ölümə bərabərdir: “Ukrayna Prezidenti Volodimir Zelenskinin siyasi imici müharibəni davam etdirirərək ölkənin ərazi bütövlüyünü qorumaq ideyası ətrafında formalaşıb. ABŞ tərəfindən təklif olunan sülh və ya atəşkəs Rusiya təsiri nəticəsində formalaşıb. Bu, tam atəşkəs kimi müvəqqəti razılaşma yox, daha əhatəli ilkin sülh sazişi kimi irəli sürülür. Rusiya tərəfindən bir sıra siyasi tələblər, eləcə də ərazi bütövlüyünü dəyişmək iddiaları mövcuddur. Bu çox mürəkkəb məsələdir. 

Zelenski bu məntiqi qəbul etsə, təbii ki, nəticədə onun siyasi gələcəyi bitmiş hesab oluna bilər. Ona və komandasına qarşı korrupsiya və digər məsələlərdə ciddi ittihamlar var. Zelenskinin bu şərtləri qəbul etməsi ölümə bərabərdir. Amma faktiki olaraq Ukrayna beynəlxalq qanunlara zidd olan "sülhə" razılıq verməyə çağırılır. Təbii ki, Ukrayna bundan əvvəlki Ukrayna olmayacaq. Yenə deyirəm, çox mürəkkəb məsələdir. Bunu Zelenskinin və onun siyasi elitasının böyük məğlubiyyəti kimi qəbul etmək olar”.

 

Sabiq nazir müharibə dönəmində seçki keçirilməsinin mümkün olduğunu düşünmədiyini qeyd edib: “Seçkinin mütləq keçirilməsi sülh sazişinin bəndləri arasında yer alır. Eyni zamanda, sazişdə Ukrayna ərazisinin bu və ya digər hissələrini itirməsi də təsbit olunub. Burada bir problem də var: heç kəsin, o cümlədən Ukrayna Prezidentinin ərazi bütövlüyünün dəyişdirilməsinə razılıq verməsi qanuni deyil. Məhz bu məsələdə Volodimir Zelenski üçün imkan pəncərəsi mövcuddur. Bu istiqamətdə qərar istər-istəməz Konstitusiyaya zidd olacaq ki, o  da yolverilməzdir. Zelenski təbii ki, buna getməməlidir. Vaxtilə Ukrayna və Zelenskiyə dəstək olan qüvvələr ona dəstək verməkdən bu və digər bəhanələrlə çəkinirlər. Burada Rusiyanın gələcəyi də ən azı sualsız deyil. Yəni bunu daxili ictimaiyyətinə zəfər kimi göstərmək mümkün olacaqmı? Bu siyasətin davam etdirilməsinin Putinin üzərinə düşəcəyi də sual altındandır. Ukrayna-Rusiya müharibəsi indiki mərhələdə əsasən Çin-Qərb qarşıdurması ilə bağlıdır. Söhbət açıq şəkildə bundan gedir. Əsas məsələ Rusiyanın qarşıdurmada Çinin, yoxsa Qərbin yanında olacağı ilə bağlıdır”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.