Avropa iki od arasında

Avropa İttifaqı Rusiya-Ukrayna müharibəsinin nizamlanması prosesində kölgədə qalıb və hələ də münaqişənin necə başa çatacağına dair aydın strategiya formalaşdıra bilməyib.

 

"The New York Times" nəşrinin dərc etdiyi məqalələrdən birində belə deyilir. 

 

Nəşr qeyd edir ki, Brüssel ABŞ və Rusiya arasında sıxışmış vəziyyətdədir və Ukraynanın gələcəyi ilə bağlı əsas qərarlara dair cavablar təqdim etməkdə çətinlik çəkir.

 

ABŞ Prezidenti Donald Trampın Avropanı “dağılmaqda olan qitə” adlandırması isə Avropa liderlərinin üzləşdiyi problemlərin yalnız bir hissəsini əks etdirir. Xarici təzyiqlərlə yanaşı, avropalılar daxildə də böhran yaşayırlar: büdcə çatışmazlığı, ictimai etimadın azalması, radikal sağ qüvvələrin təsirinin güclənməsi və bütün bunların fonunda həm ölkələrin təhlükəsizliyinin təmin edilməsi, həm də Ukraynaya dəstəyin davam etdirilməsi kimi çətin vəzifələr durur.

 

Avropa ölkələrinin liderləri seçiciləri Ukraynaya dəstəyin zəruriliyinə inandırmalıdırlar. Bunun üçün əlavə hərbi xərclər, ordunun genişləndirilməsi və çağırış sistemində yeni mexanizmlər tələb olunacaq. Həmçinin Tramp administrasiyasının açıq şəkildə simpatiya göstərdiyi populist və milliyyətçi sağ partiyaların yüksəlişinə qarşı daha ciddi siyasi strategiya qurulmalıdır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.