Almaniya Kansleri: Bizim başımızın üzərindən heç bir sülh razılaşması ola bilməz

Almaniya Kansleri Fridrix Merts Berlində səfərdə olan NATO-nun Baş katibi Mart Rutte ilə görüşdən sonra keçirilən mətbuat konfransında Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh prosesində Avropa tərəfinin üç əsas tələbini diqqətə çatdırıb.

 

Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, Kansler Rusiyanın hücumlarının davam etməsi fonunda əsas tələblərin müharibəyə ən yaxın vaxtda son qoyulması, atəşkəsin hüquqi və maddi cəhətdən güclü təminatlarla qorunması və hər hansı danışıqlar yolu ilə əldə edilən razılaşmanın Avropanın təhlükəsizlik maraqlarını qorumasından ibarət olduğunu bildirib. “Bu razılaşma Avropa İttifaqının və NATO-nun birliyinə zidd ola bilməz. Buna görə də avropalıların bu prosesin bir hissəsi olması çox vacibdir. Bizim başımızın üzərindən heç bir sülh razılaşması ola bilməz. Qarşımızda hələ çətin məsələlər var. Lakin biz tam şəkildə razıyıq ki, hansı ərazi razılaşmasını qəbul edə biləcəyini yalnız Kiyev müəyyən edə bilər. Dörd illik əzab və ölümdən sonra Ukrayna Prezidentini xalqının qəbul etməyə hazır olmadığı sülhə məcbur etmək səhv olardı. Buna görə də biz ona açıq şəkildə bildiririk: Biz Ukraynanın yanındayıq və bu ölkəyə uzunmüddətli dəstəyimizi davam etdirəcəyik ki, ortaq məqsədlərə nail ola bilək”, - deyən Kansler Fridrix Merts bu prosesi davam etdirmək üçün Moskvaya təzyiqin artırılacağını vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.