
Qara dəniz hərbi arenaya çevrilməməlidir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistana səfərindən qayıdarkən jurnalistlərə verdiyi açıqlamasında deyib.
"Qara dəniz hərb meydanına çevrilməməlidir, bu nə Rusiyaya, nə də Ukraynaya fayda verər. Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi bütün tərəflər üçün həyati əhəmiyyət daşıyır və bu mütləq şəkildə təmin olunmalıdır",- o qeyd edib.
Ərdoğan vurğulayıb ki, bölgədə sabitlik və təhlükəsizlik həm regional, həm də qlobal baxımdan xüsusi önəm kəsb edir.