Çexiyanın yeni hökuməti təsdiq olundu

Çexiya Prezidenti Petr Pavel Baş nazir Andrey Babişin rəhbərlik edəcəyi koalisiya hökumətinin tərkibini təsdiq edib.

 

Bu barədə yerli "CTK" agentliyi məlumat yayıb.

 

Xatırladaq ki, Çexiyada oktyabr ayında keçirilən parlament seçkisində Babişin rəhbərlik etdiyi "ANO" siyasi təşkilatı qələbə qazanıb, özü isə bir neçə gün əvvəl Çex Respublikasının Prezidenti tərəfindən Baş nazir təyin olunub. 

 

Yeni Baş nazirin rəhbərlik etdiyi təşkilat "SPD" və "Motorist" adlı siyasi hərəkatların nümayəndələri ilə birgə hökuməti formalaşdıracaq. Bu siyasi qüvvələr parlamentdə 200 yerdən 108-nə sahibdirlər.

 

"ANO" hökumətdə 16 mühüm vəzifədə təmsil olunacaq. "SPD" üç, "Motorist" isə dörd posta yiyələnib.

 

Baş nazirin sözlərinə görə, yeni Kabinet dərhal işə başlayacaq. Dekabrın 15-də bütün nazirlər rəhbərlik etdikləri qurumlarda vəzifələrinə yerləşdiriliblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.