
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putini siyasətdə "qurdboğan" adlandırıb.
Senzor.az bildirir ki, Lukaşenko bu barədə “Newsmax” televiziya kanalına müsahibəsində danışıb.
"O, normal insandır. Putinin çox yaxşı insani keyfiyyətləri var. Amma siyasətdə o, qurdboğandır. Uzun müddətdir ki, belə böyük bir ölkəyə rəhbərlik edir. Buna görə də, onun ölkəyə rəhbərlik etmək, təkcə daxili deyil, həm də xarici siyasət məsələlərini həll etmək istəyinə və qabiliyyətinə həsəd aparmaq olar. O, güclü insandır".
Belarus Prezidenti ABŞ, Çin və Şimali Koreya liderləri baədə də fikirlərini bildirib.