Zelenski: Rusiya avropalıların sülh danışıqlarında iştirak etməsini istəmir - VİDEO

Yaza qədər Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya tranş çatmasa, Kiyev dron istehsalını əhəmiyyətli dərəcədə azaldacaq.

 

Senzor.az bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı Şurasındakı çıxışında deyib.

 

“Biz dondurulmuş Rusiya aktivlərini istəyirik və bu, danışıqlar prosesinin bir hissəsi deyil. Əgər bu imtiyaz əlimizdə olsa, danışıqlar masasında daha arxayın şəkildə hərəkət edərik”, - Ukrayna lideri qeyd edib.

 

O iddia edib ki, Rusiya avropalıların sülh danışıqlarında iştirak etməsini istəmir: “Rusiyanın bu istəyi həyata keçməməlidir. Avropanın mövcudluğu Rusiyanın bizə qarşı hücumlara yenidən başlamasına imkan verməyəcək.

 

Eyni zamanda, mən bir suala cavab almaq istəyirəm: əgər Rusiya yenidən bizə hücum etsə, ABŞ buna nə reaksiya verəcək?”






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.