
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Kamal Kılıçdaroğlunun yenidən sədr olmaq və ya hər hansı bir partiyanın rəhbərliyinə keçmək kimi niyyətinin olmadığı bildirilib.
Senzor.az bildirir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Qeyd olunub ki, aktiv siyasəti tərk edən Kamal Kılıçdaroğlu bundan sonra bir müddətdir xəstəliyi səbəbilə müalicə alan həyat yoldaşı Səlvi Kılıçdaroğlunun səhhəti ilə daha yaxından məşğul olacaq.
Vəkili Cəlal Çelikin ofisini iş ofisi kimi istifadə etməyə başlayan CHP-nin sabiq sədrinin gündəlik siyasətdən uzaqlaşaraq qlobal proseslərə fokuslandığı, müxtəlif platformalarda dərc olunan məqalələrini davam etdirəcəyi vurğulanıb. Qeyd edilib ki, Kılıçdaroğlu sosial media hesabında da vaxtaşırı videolu paylaşımlar edərək qiymətləndirmələrini bölüşəcək.