
İstanbulda keçirilən əməliyyat nəticəsində “silahlı terror təşkilatına üzv olmaq” maddəsi ilə axtarışda olan, FETÖ terror təşkilatının lideri Fətullah Gülənin qardaşı oğlu Yasir Gülen saxlanılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, birgə əməliyyat İstanbul Polis İdarəsinin Terrorla mübarizə şöbəsi, Milli Kəşfiyyat Təşkilatı və Kəşfiyyat Baş İdarəsi tərəfindən keçirilib.
Aparılan tədqiqatlar, texniki və fiziki müşahidə nəticəsində Yasir Gülenin İstanbulun Ümraniye rayonunda gizləndiyi müəyyənləşdirilib və o, ələ keçirilib.