Makronun evi traktorlarla əhatəyə alındı - VİDEO

Fransalı fermerlər Prezident Emmanuel Makron və həyat yoldaşı Bricitin şəxsi evinin qarşısında etiraz aksiyası keçiriblər.

 

Bu barədə "BFMTV" nəşri məlumat verib.

 

Məlumata görə, fermerlər Avropa İttifaqı və MERKOSUR (Argentina, Braziliya, Paraqvay, Uruqvay, Boliviya, Venesuela) ölkələri arasında azad ticarət müqaviləsi planlarına qarşı sərt etirazlarını ifadə edirlər.

 

Etiraz aksiyası Prezidentin Tukedəki iqamətgahının qarşısında təşkil edilib. Hadisə yerinə çox sayda traktor və digər kənd təsərrüfatı texnikaları gətirilib.

 

Telekanalın məlumatına görə, FNSEA həmkarlar ittifaqından olan fermerlər sadəcə müqavilənin imzalanmasını təxirə salmağın kifayət olmadığını hesab edirlər. Onlar həmçinin bildirirlər ki, E.Makron Fransanın bu məsələyə dair mövqeyi ilə bağlı dəqiq cavab vermir.

 

Qeyd edək ki, MERKOSUR - Braziliya, Argentina və digər ölkələr də daxil olmaqla, Cənubi Amerika ölkələrinin böyük ortaq bazarıdır. Birlik 1991-ci ildə yaradılıb və qitədə əsas iqtisadi rol oynayır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.