
Ktriç Nersisyanın (katolikos II Qaregin) qardaşı arxiyepiskop Mkrtiç Nersisyan (Ezras) 1986–1988-ci illərdə SSRİ “KQB”si tərəfindən “Karo” ləqəbi ilə əməkdaşlığa cəlb edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.
Qeyd olunub ki, o, xarici xüsusi xidmət orqanlarının nümayəndələri ilə əlaqələrini bu gün də davam etdirir. Bu isə Ermənistanın təhlükəsizliyi üçün risk yarada bilər.
MTX qanunvericilik çərçivəsində müvafiq tədbirlərin görüldüyünü açıqlayıb. Açıqlamaya üzərindən məxfiliyi götürülmüş sənəd də əlavə edilib. 
Onu da qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bir müddət öncə II Qareginin qardaşını dövlət ordeni ilə təltif etmişdi.