
Suriya Prezidenti Əhməd Əl Şaraa X-də (keçmiş Twitter) ilk paylaşımını edib.
Senzor.az bildirir ki, Suriya Prezidenti sosial media platforması X üzərindən ilk rəsmi hesabını yaradaraq Suriya xalqına və bir sıra dünya liderlərinə təşəkkür ünvanlayıb.
Şaraa paylaşımında Sezar sanksiyalarının tam ləğvindən sonra Suriya xalqını təbrik edib, bu prosesə töhfə verən Türkiyə, ABŞ, Qətər və Səudiyyə Ərəbistanına minnətdarlığını bildirib. O, xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana verdiyi dəstəyə görə ayrıca təşəkkür edib.