Azərbaycan Konstitusiyasına dəyişikliklər
OLA BİLƏR

Ermənistanla sülh müqaviləsindən sonra Azərbaycan Konstitusiyasına dəyişikliklər ola bilər.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov deyib. 

 

Onun fikrincə, yeni idarəetmə modeli bunu tələb edir. Deputat indiki halda həm icra hakimiyyətlərinin, həm də xüsusi nümayəndəliklərin paralel mövcudluğunun mümkün olmadığını əlavə edib. 

 

“Yeni idarəetmə modelində icra hakimiyyətləri başqa formada qalacaq, xüsusi nümayəndəliklər isə iqtisadi zonalar üzrə fəaliyyət göstərəcək. Məsələn, gələcəkdə Şuşanın ayrıca nümayəndəsi yox, Qarabağın xüsusi nümayəndəsi olacaq və onun tərkibində müvafiq icra strukturları fəaliyyət göstərəcək. Şişirdilmiş aparatlara ehtiyac qalmayacaq”.

 

O vurğulayıb ki, bu, sülh müqaviləsindən sonra mümkün olacaq.

 

Xatırladaq ki, Xüsusi nümayəndəlik institutu əsasən işğaldan azad edilmiş ərazilərdə tətbiq olunur və bu, Prezidentin fərmanları və müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Xüsusi nümayəndəliklər icra orqanları ilə paralel fəaliyyət göstərir. İcra hakimiyyətlərinin tam əvəzlənməsi üçün isə Konstitusiya dəyişikliyi tələb olunur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.