
Gürcüstanın sabiq müdafiə naziri Baço Axalaya barəsində həbs qətimkan tədbiri seçilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, qərar Tbilisi Şəhər Məhkəməsinin qapalı keçirilən iclasında qəbul olunub.
Bu qərarla Gürcüstan Baş Prokurorluğunun vəsatəti təmin edilib.
Axalaya bu ilin oktyabrın 4-də bələdiyyə seçkiləri günündə Tbilisidə Gürcüstan Prezidentinin sarayına basqın işi üzrə qrup halında zorakılığın təşkili və ona rəhbərlik etməkdə ittiham olunur.
Törədilmiş bu cür cinayət əməllərinə görə 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq edilir.