Uşakov Putinlə Trampın danışığının təfərrüatlarını açıqladı - VİDEO

“ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən əvvəl Vladimir Putinlə Ukrayna böhranının həllini müzakirə etmək üçün onunla telefon danışığı aparıb və tərəflər ABŞ Prezidenti ilə Zelenski arasındakı görüşdən sonra yenidən telefonla danışmaq barədə razılığa gəliblər”.

 

Senzor.az bildirir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov deyib.

 

Uşakov qeyd edib ki Putin Trampın xüsusi yaradılmış işçi qrupları çərçivəsində nizamlama üzərində işi davam etdirmək təklifi ilə razılaşıb.

 

"Ukrayna üzrə işçi qruplarının parametrləri yanvarın əvvəlində açıqlanacaq. ABŞ lideri müharibəyə mümkün qədər tez son qoyulmasının vacibliyini bildirib. Putin və Tramp müvəqqəti atəşkəsin Ukraynadakı münaqişəni yalnız uzadacağı barədə ümumilikdə oxşar fikirlərə sahibdirlər. Cəbhə xəttindəki vəziyyətin dəyişdiyini nəzərə alsaq, Kiyevin Donbasla bağlı gecikmədən qərar verməsi məntiqlidir", - Uşakov bildirib.

 

Rusiya Prezidentinin köməkçisi Trampın Ukrayna münaqişəsinin onun üçün ən çətin olduğunu etiraf etdiyini bildirib.

 

O həmçinin vurğulayıb ki, ABŞ Prezidenti razılığa gəlmək perspektivləri ilə bağlı Rusiyanın qiymətləndirmələrini diqqətlə dinləyib.

 

"Rusiya prezidenti Trampla söhbətində Ankoricdə əldə edilən anlaşmaların möhkəmləndirilməsinin vacibliyini vurğulayıb", - Uşakov vurğulayıb.

 

Dövlət rəsmisi həmçinin Putinlə Tramp arasında baş tutmuş telefon danışığının 1 saat 15 dəqiqə davam etdiyini, dostcasına, səmimi və işgüzar keçdiyini bildirib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.