Rusiyada vətəndaşlıq andı üçün yaş həddi 14-ə ENDİRİLDİ
VİDEO

Rusiya Prezidenti Vladimir Putin 14 yaşından etibarən Rusiya vətəndaşlığına sadiqlik andı içməyi nəzərdə tutan qanun imzalayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, müvafiq dəyişiklik “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” Qanuna edilib. 

 

Dəyişiklik sənədin rəsmi dərc edilməsindən 10 gün sonra qüvvəyə minəcək. Hazırda and Rusiya vətəndaşlığı üçün müraciət edənlərə məcburidir, lakin 18 yaşına çatmamış vətəndaşlar əvvəllər bu öhdəlikdən azad edilirdi. Yeni qanunla yaş 14-ə endirilib.

 

Sənəddə, həmçinin müəyyən edilir ki, şəxs əvvəlcə and içməkdən imtina edibsə, Rusiya vətəndaşlığının verilməsi qərarı olan andan etibarən ləğv ediləcək. Bundan əlavə, qanunla nəzərdə tutulub ki, şəxs and içməzdən əvvəl vəfat edibsə, Rusiya vətəndaşlığının verilməsi haqqında qərar etibarsız sayılacaq.

 







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.