Suriya əsginaslarında Bəşər Əsədin portreti zeytun təsviri ilə əvəzləndi
VİDEO

Suriya Prezidenti Əhməd əl-Şaraa keçmiş prezident Bəşər Əsəd və onun atası Hafiz Əsədin portretləri əvəzinə üzərində çiçəklər, portağal və zeytun təsvirləri olan yeni əsginasların dizaynını təqdim edib.

 

Senzor.az bildirir ki, bu barədə Suriyanın rəsmi xəbər agentliyi SANA məlumat yayıb.

 

Prezident bildirib ki, ölkədə yeni əsginasların dövriyyəyə buraxılması denominasiya prosesi ilə bağlıdır və bu addım Suriya üçün bir dövrün başa çatdığını, yeni mərhələnin isə başlandığını simvolizə edir. Onun sözlərinə görə, üzərində tut, portağal, zeytun və buğda sünbülləri təsvir olunan yeni əsginaslar ölkənin mədəni və təbii irsini əks etdirir, eyni zamanda dollar asılılığının azaldılması məqsədi daşıyır.

 

Qeyd edək ki, dəyişiklikdən əvvəl 2000 Suriya funtluq əsginasın üzərində Bəşər Əsədin, 1000 funtluq əsginasda isə onun atası Hafiz Əsədin portreti yer alırdı. Digər əsginaslarda isə Suriyanın mədəni irs obyektlərinin təsvirləri istifadə olunurdu.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.