
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Yaxın Şərq turnesi çərçivəsində bu həftə Suriyaya gedəcək.
Suriyanın SANA agentliyi bildirir ki, Lyayenin Suriyadan sonra İordaniya və Livana da səfər edəcəyi gözlənilir.
Qeyd edək ki, Avropa İttifaqı ötən ilin martında Brüssel konfransında Suriyanın humanitar və sosial ehtiyacları üçün 3,4 milyard avro ayırmaq öhdəliyi götürüb.
Onu da qeyd edək ki, bu, Bəşər Əsədin devrilməsindən sonra Avropa Komissiyası Sədrinin Suriyaya ilk səfəri olacaq.