Yəmənin Prezident Şurası CKŞ liderini
VƏTƏNƏ XƏYANƏTDƏ İTTİHAM EDİR

Yəmənin icraedici orqanı olan Prezident Şurası separatçı Cənub Keçid Şurasının (CKŞ) rəhbəri Aydarus Kasem Abdul Aziz əz-Zubeydinin dövlətə xəyanət etdiyi üçün qurumdan xaric olunduğunu bildirib.

 

Məlumatı "Al Arabiya" telekanalı yayıb.

 

Şuranın bəyanatına görə, "Yəmən Respublikasının müstəqilliyinə xələl gətirmək niyyəti ilə dövlətə xəyanət" səbəbindən əz-Zubeydinin fəaliyyətinə xitam verilib. O, həmçinin konstitusiya müddəalarını pozmaqda, qeyri-qanuni silahlı qruplaşma yaratmaqda, Yəmən ordusuna və mülki şəxslərə qarşı cinayətlər törətməkdə ittiham olunub.

 

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının təmsilçisi Turki əl-Maliki bildirib ki, əz-Zubeydi Yəmənin Hadramaut və Mahra əyalətlərində vəziyyətin gərginləşməsini müzakirə etmək üçün Yəmənin Prezident Şurasının sədri Rəşad əl-Alimi və koalisiya rəhbərliyi ilə görüşməli idi. Lakin Ər-Riyada uçuş gecikib və bu müddət ərzində əz-Zubeydinin tabeliyində olan silahlı dəstələrə Əd-Dali əyalətinə doğru irəliləmək əmrinin verildiyi məlum olub. Ədəndə iğtişaşlar yaratmaq niyyəti ilə onlarla döyüşçüyə silah və sursat paylanılıb. Koalisiya Əd-Dalidə düşmən qüvvələrin hərəkətini izləyib və Yəmən qüvvələri ilə birlikdə onlara qarşı qabaqlayıcı zərbələr endirib.

 

Yəməndəki münaqişə 2014-cü ildə İranın dəstəklədiyi husilərin paytaxt Sənanı və Yəmənin şimalının böyük hissəsini ələ keçirməsi ilə başlayıb. 2015-ci ildə münaqişəyə müdaxilə edən ərəb koalisiyası Yəmən hökumət qüvvələrini dəstəkləyir. CKŞ-nin himayəsi altında qrupları yaradan və maliyyələşdirən BƏƏ koalisiyanın üzvüdür.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.