
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuela Prezidenti Nikolas Maduroya Türkiyəyə gəlməsi ilə bağlı irəli sürülən iddialara münasibət bildirib.
Senzor.az bildirir ki, Ərdoğan məsələ ilə bağlı ona ünvanlanan suala cavabında bu haqda məlumatının olmadığını söyləyib.
"Belə bir şey yoxdur. Bizə belə bir xəbər gəlməyib", - deyə Türkiyə lideri vurğulayıb.
Xatırladaq ki, “New York Times" nəşrinin iddiasına görə, Maduro ABŞ tərəfindən qaçırılmadan bir neçə gün öncə ABŞ Prezidenti Donald Tramp ona hakimiyyəti buraxıb Türkiyəyə getməyi təklif edib.