
İranın paytaxtı Tehranda etirazçılar bir küçənin adını dəyişərək "Donald Tramp" adlandırıblar.
Senzor.az bildirir ki, bu barədə sosial mediada görüntülər yayılıb.
Xatırladaq ki, İrandakı iqtisadi böhran və yerli valyutanın devalvasiyası səbəbindən 28 dekabr 2025-ci ildə başlayan etirazlar ölkə daxilində geniş yayılıb. Etirazlar zamanı ölənlərin sayı 30-u keçib, minlərlə insan saxlanılıb.