Norveç və Danimarka Qrenlandiya üçün ABŞ-a qarşı birləşirlər? - VİDEO

Norveçin Baş naziri Yonas Qar Styore ABŞ-ın Qrenlandiyaya iddiaları fonunda krallığın "Danimarka ilə birləşməyinin" vaxtının çatdığını bildirib.

 

Bu barədə NRK telekanalı məlumat yayıb.

 

"İndi Danimarka ilə birləşməyin vaxtı çatıb... Danimarka Baş naziri Mette Frederiksenin mənə dediyi son söz o oldu ki, indi hər şey ciddidir, Yonas", - deyə Y.Q.Styore qeyd edib.

 

Məlumata görə, həmkarlar bu məsələni yanvarın 6-da Parisdə müzakirə ediblər.

 

Xatırladaq ki, daha əvvəl Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün ənənəvi mətbuat brifinqində ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın satın alınması imkanı ilə bağlı öz işçiləri ilə aktiv müzakirələr apardığını bildirmişdi. Qrenlandiyanın güc yolu ilə ələ keçirilməsi ehtimalı ilə bağlı suala cavab olaraq Livitt qeyd edib ki, Prezident Tramp həmişə bütün mümkün variantları nəzərdən keçirir, lakin onu da vurğulayıb ki, ABŞ lideri üçün diplomatik həll yolu prioritet təşkil edir.

 

Qeyd edək ki, Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-a birləşdirilməsinin vacibliyini bəyan edib. Hələ ilk səlahiyyət müddətində o, Qrenlandiyanı satın almağı təklif etmiş, 2025-ci ilin martında isə imtina edəcəyi təqdirdə Kopenhageni ticarət rüsumları ilə hədələmişdi. Frederiksen bu iddiaları rədd edir və adanın krallığın bir hissəsi olduğunu vurğulayır.

 

Qrenlandiya muxtar ərazi hüquqları əsasında Danimarkanın tərkibinə daxildir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO müttəfiqlik öhdəliklərinə əlavə olaraq Qrenlandiyanın müdafiəsinə dair müqavilə imzalayıblar. Bu müqaviləyə əsasən, ABŞ adanı mümkün təcavüzdən qorumağı öz öhdəsinə götürüb.




 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.