Bakı-Moskva-Bakı marşrutu üzrə bəzi reyslər LƏĞV OLUNUB

Əlverişsiz meteoroloji şəraitlə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" QSC (AZAL) Moskva istiqaməti üzrə yerinə yetirilən reyslərin icrasında müvəqqəti dəyişikliklər edib.

 

Senzor.az bildirir ki, KİV-in sorğusuna AZAL-dan verilən cavabda belə deyilir. 

 

Qeyd edilib ki, Bakı-Moskva (Vnukovo)-Bakı marşrutu üzrə J2-805 və J2-806 nömrəli reyslər ləğv olunub.

 

O da vurğulanıb ki, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə AZAL mövcud qaydalara uyğun şəkildə operativ tədbirlər görüb. Sərnişinlərə alternativ uçuş imkanları təqdim olunub, müvafiq hallarda isə biletlərin dəyəri geri qaytarılıb.

 

Ləğv edilmiş reyslərin sərnişinlərinin bir qismi AZAL-ın J2-809 və J2-810 nömrəli reysləri ilə təyinat məntəqəsinə daşınıb. Moskvada olan və alternativ uçuşlardan istifadə etməyən sərnişinlər üçün isə bilet vəsaitinin geri qaytarılması təmin edilib.

 

AZAL yaranmış vəziyyətə görə üzr istəyir və göstərdikləri anlayışa görə sərnişinlərinə təşəkkürünü bildirir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.