TRAMP QRENLANDİYADAN ƏL ÇƏKMİR: ABŞ bu və ya digər şəkildə ona sahib olacaq
VİDEO

ABŞ hətta "çətin yolu seçsə belə", Qrenlandiyaya sahib olacaq.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə iri neft hasilatı şirkətlərinin top-menecerləri ilə keçirdiyi görüşdə bəyan edib.

 

Ondan Qrenlandiyanın ABŞ-ın tərkibinə daxil olması üçün nə qədər vəsait lazım olacağı barədə fikri soruşulub.

 

"Mən hələlik Qrenlandiya üçün ödəniləcək pullardan danışmıram. Ola bilsin, bu barədə danışacağam, amma hazırda biz Qrenlandiya ilə bağlı nə isə etmək niyyətindəyik - bu onların xoşuna gəlsə də, gəlməsə də", - deyə Ağ Ev rəhbəri bildirib. O belə bir fikir ifadə edib ki, əgər ABŞ bunu etməsə, "Rusiya və ya Çin Qrenlandiyanı ələ keçirəcək".

 

"Mən bu sövdələşməni, bilirsiniz, ən asan yolla bağlamaq istərdim. Amma əgər biz bunu edə bilməsək, o zaman çətin yolla gedəcəyik", - deyə o, fikrini yekunlaşdırıb.

 








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.