Ukraynada hərbi xidmətə çağırışla bağlı QAYDALAR SƏRTLƏŞDİRİLİR

Ukraynanın Ali Radasında peşə və ya ali təhsil müəssisələrinə daxil olan 25 yaşdan yuxarı kişilər üçün hərbi xidmətə çağırışla bağlı möhlət almaq hüququnun ləğvi təklif edilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna parlamentinin üzvü Sergey Babak telemarafonda çıxış edərkən danışıb.

 

"Bu qanun layihələrindən biri hazırda ikinci oxunuş üçün hazırdır və ona əsasən, ali təhsil müəssisələri, istər peşəkar ali təhsil, istərsə də peşə məktəblərinə müraciət edən 25 yaş və yuxarı kişilərin hərbi xidmətə çağırışdan təxirə salınma hüququ olmayacaq. Bu, olduqca radikaldır, amma ölkəmizin təhlükəsizliyindən danışırıqsa, bunu etmək lazımdır", - deyə deputat bildirib.

 

O, yaşlı tələbələrin sayında kəskin artımı qeyd edib. 2022-ci ilə qədər 25 yaşdan yuxarı təxminən 30.000 kişi ali və peşə təhsilində təhsil alırdısa, 1 sentyabr 2025-ci il tarixinə onların sayı təxminən 250.000 nəfərə çatıb ki, bu da səkkiz dəfədən çox artım deməkdir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.