Zərdüşt Əlizadə İrandakı hadisələrdən danışdı:
“BU DÖVLƏT ÇƏTİN Kİ PARÇALANMAĞA MƏRUZ QALSIN”

Bu gün baş verən etiraz aksiyaları, rejim dəyişikliyinə çağırışlar səbəbilə bütün dünyanın diqqətləri İrana yönəlib. Hazırda yüzlərlə insanın öldürüldüyü, minlərlə şəxsin isə həbsə atıldığı bildirilir. Baş verənləri isə Azərbaycan daha yaxından izləyir. Çünki bu ölkənin əhalisinin yarısından çoxu azərbaycanlılardır.

Odur ki, baş verənlərin necə nəticələnəcəyi, soydaşlarımıza və regionun təhlükəsizliyinə təsiri diqqətçəkən məqamlardır.

 

Modern.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib ki, İranda yaranmış ağır iqtisadi vəziyyətin əsas səbəbi Amerika Birləşmiş Ştatlarının son qırx beş il ərzində bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyalardır: "Dünyanın ən güclü hərbi, siyasi və iqtisadi sanksiyalarının nəticəsində İran iqtisadiyyatı zəifləyib və bu da qaçılmaz olaraq ciddi sosial-iqtisadi problemlər yaradıb. İkinci mühüm səbəb isə İran hakimiyyətinin iqtisadi siyasətində mövcud olan qüsurlardır. Bu qüsurlar açıq şəkildə səsləndirilir, müzakirə olunur, islahat yolları təklif edilir. Lakin mühafizəkar qüvvələr bu islahatların həyata keçirilməsinə mane olurlar.

 

ABŞ Prezidenti Donald Tramp hazırda impiçment təhlükəsi ilə üz-üzədir. Amerika siyasətində isə belə hallar əvvəllər də müşahidə olunub: prezident impiçment təhlükəsi ilə qarşılaşanda xaricdə genişmiqyaslı hərbi əməliyyatlara əl atılır.

 

Məsələn, Bill Klinton Monika Levinski qalmaqalı zamanı impiçmentdən yayınmaq üçün Yuqoslaviyanı bombalamağa başladı və müharibəni genişləndirdi. Nəticədə impiçmentdən xilas oldu. Bu gün də Donald Tramp impiçment ərəfəsindədir. Canını qurtarmaq üçün Maduroya böhtan atdı, onu oğurlatdı".

 

O, İrandakı etirazları körükləyən səbəbləri də açıqlayıb. 

 

"Hazırda İranda iqtisadi böhran dərinləşir: rial sürətlə dəyər itirir, dollar bahalaşır. Xüsusilə kiçik sahibkarlar və əsnaf təbəqəsi etiraz edirlər. Halbuki məhz kiçik sahibkarlar rejimin əsas sosial dayaqlarından biri hesab olunur.

 

Bu vəziyyətdə “İran hara gedir” sualı ortaya çıxır. Böyük dövlətlər çoxmillətli, güclü dövlətlərin mövcudluğunu istəmirlər. Çünki belə dövlətlər maliyyə, iqtisadi, elmi və sənaye potensialına malik olur. ABŞ, İngiltərə və digər güc mərkəzləri istəmirlər ki, onlara rəqib ola biləcək böyük dövlətlər formalaşsın.

 

Onların məqsədi böyük dövlətlərin çoxsaylı zəif, kiçik etnik qurumlara parçalanmasıdır. Belə olan halda həmin toplumların elmi və iqtisadi inkişaf potensialı olmur. Bu baxımdan 90 milyonluq, çoxmillətli İran dövlətinin parçalanması ABŞ və Avropa üçün arzuolunan olardı. Rəqib bir rejim sıradan çıxmış olardı. Ona görə də daim etnik hərəkatları dəstəkləməyə, körükləməyə çalışırlar". 

  

Politoloq azərbaycanlıların İrandakı durumunun yaxşı olduğunu, ölkə rəhbərliyində təmsil olunduqlarını vurğulayıb: "Dini lider azərbaycanlıdır, ölkə prezidenti azərbaycanlıdır. Güc strukturlarında - Prokurorluqda, Daxili İşlər Nazirliyində, İslam Keşikçiləri Korpusunda, orduda azərbaycanlılar mühüm mövqelər tutur. Azərbaycanlıların böyük əksəriyyəti İranı öz milli dövləti və vətəni hesab edir. Ağlı başında olan insan öz dövlətinin, vətəninin parçalanmasını istəyərmi? Çətin".

 

Zəddüşt Əlizadə azərbaycanlıların İranda dil probleminin də olmadığını düşünür: "Dil məsələsinə gəldikdə isə Həmədanda, Təbrizdə, Zəncanda, Urmiyada insanlar gündəlik həyatda Azərbaycan dilində danışırlar. Azərbaycan dilində televiziya verilişləri, telekanallar, kitablar mövcuddur. Doğrudur, ana dilində ümumtəhsil məktəbləri yoxdur. Lakin bu, qismən də əhalinin təşəbbüskarlığından asılıdır. Özəl məktəb açmaq cəhdləri olmayıb. Olsa, mümkündür. Buna baxmayaraq, bəzi qüvvələr dil və mədəniyyət məsələlərini süni şəkildə qabardaraq ziddiyyətləri körükləməyə, xalqları bir-birinə qarşı qoymağa çalışırlar. Unudurlar ki, ABŞ-ın tarixi cəmi 250 ildir, İranınkı isə 2500 il. İran qədim və oturuşmuş bir dövlətdir. Çətin ki, bu dövlət parçalanmağa məruz qalsın”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.