İmamoğlu Ərdoğana təzminat ödəyəcək - MƏBLƏĞ AÇIQLANDI
VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barəsində səsləndirdiyi fikirlərə görə açdığı mənəvi təzminat davası üzrə məhkəmə qərarı açıqlanıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, İstanbul 23-cü Asliye Hüquq Məhkəməsində keçirilən iclasda tərəflərin vəkilləri iştirak ediblər.

 

Məhkmədə çıxış edən iddiaçı tərəfin vəkili Ferah Yıldız bildirib ki, Əkrəm İmamoğlu ifadələri ilə Prezident Ərdoğanı və dövlət qurumlarını açıq şəkildə hədəf alıb. Vəkil qarşı tərəfin iddialarını təsdiqləyən heç bir sübut təqdim etmədiyini də vurğulayıb.

 

Cavabdeh tərəfin vəkili isə prosesin təxirə salınmasını xahiş edib. Son söz hüququ verilən iddiaçı vəkil Ferah Yıldız, məhkəmədən iddialarının təmin olunmasını istəyib.

 

Hakim iddianın qismən təmin edildiyi, 150 min lirə məbləğində mənəvi təzminatın hadisə tarixindən etibarən hesablanacaq qanuni faizlə birlikdə Əkrəm İmamoğludan alınaraq Prezident Rəcəb Tayyib Ərdoğana ödənilməsi barədə qərar verib.

 

Xatırladaq ki, məhkəməyə təqdim olunmuş iddia ərizəsinə əsasən, Əkrəm İmamoğlu 20 mart 2025-ci ildə sosial şəbəkə hesabından Prezident Rəcəb Tayyib Ərdoğanının şəxsi və peşə fəaliyyətinə yönəlmiş həqiqətə uyğun olmayan ifadələr işlətmişdi.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.