Cənubi Koreyanın keçmiş müdafiə naziri üçün ömürlük həbs tələb edildi

Prokurorlar Cənubi Koreyanın keçmiş müdafiə naziri Kim Yonq-hyunun ölkədə üsyana rəhbərlik etməyə cəhd göstərdiyinə görə ömürlük həbs cəzasına məhkum edilməsini istəyiblər.

 

Bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

 

Bildirilib ki, Kim Yonq-hyun əməliyyatın əsas fiqurlardan biri olub və hərbi fəaliyyətlərin koordinasiyasında iştirak edib.

 

Prokurorlar hadisələrdə mühüm rol oynamış digər şəxs — Cənubi Koreyanın sabiq hərbi kəşfiyyat rəhbəri Roh Sanq-von üçün də 30 il həbs cəzası istəyiblər. Məlumata görə, onun dəftərində tapılan qeydlər istintaqa əsas verir ki, Roh Sanq-von hərbi vəziyyətin elan edilməsinə bəraət qazandırmaq məqsədilə Şimali Koreyanı təxribatlara cəlb etmək üçün plan hazırlayıb.

 

Qeyd edək ki, prokurorlar məhkəmədən keçmiş prezident Yun Sok-yolun isə ölüm cəzası ilə cəzalandırılmasını tələb ediblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.