Rza Pəhləvi İrana qayıdacağı təqdirdə AZAD SEÇKİLƏR KEÇİRƏCƏYİNİ VƏD EDİB

İranın sonuncu şahının böyük oğlu Rza Pəhləvi ölkənin demokratik idarəetmə sisteminə keçidini təmin etməyə və hakimiyyət dəyişikliyindən sonra azad seçkilər keçirməyə hazır olduğunu bildirib.

 

"Sky News" bildirir ki, bu barədə o, Vaşinqtonda keçirdiyi mətbuat konfransında danışıb.

 

Pəhləvi iddia edib ki, onun "qələbədən sonrakı gün həyata keçirilməli olan demokratiyaya keçid üçün aydın planı" var.

 

Bu planın əsasında dörd vacib prinsipin dayandığı bildirilib: İranın ərazi bütövlüyünün qorunması, dinin dövlətdən ayrılması, bütün vətəndaşların şəxsi azadlıqlarının və bərabərliyinin təmin edilməsi, həmçinin İran xalqının demokratik idarəetmə formasını müstəqil seçmək hüququ.

 

O vurğulayıb ki, keçid dövrü dinc şəraitdə, sabit və nizamlı şəkildə olmalıdır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.