Samvel Karapetyan barəsində YENİDƏN EV DUSTAQLIĞI QƏTİMKAN TƏDBİRİ SEÇİLDİ

Rusiya vətəndaşı olan erməni iş adamı Samvel Karapetyan barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

 

Senzor.az Ermənistan mediasına istinadən bildirir ki, bu barədə onun vəkili Aram Vardevanyan məlumat verib.

 

Vəkilin sözlərinə görə, 14 saat davam edən məhkəmə iclası başa çatıb və məhkəmə Karapetyan barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti rədd edib. Nəticədə, ev dustaqlığı qərarı verilib.

 

“Bu, siyasi təqibin absurd intensivliyini göstərir. Həbs tələbi rədd edilsə də, ev dustaqlığı tətbiq olundu. Bununla yanaşı, Samvel Karapetyanın ictimai çıxışlarına qoyulan məhdudiyyət aradan qaldırılıb”, – vəkil qeyd edib.

 

Məsələ ilə bağlı rəsmi qurumlar hələlik əlavə açıqlama verməyiblər.

 

Qeyd edək ki, ötən ilin iyununda Ermənistan məhkəməsində Karapetyana qarşı “hakimiyyəti zorla ələ keçirməyə açıq çağırış” maddəsi üzrə ittiham irəli sürülüb. Samvel Karapetyan bu ittihama qədər ölkədəki siyasi vəziyyətlə bağlı hakimiyyətə qarşı kəskin tənqidi çıxışlar etmişdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.