
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sərəncamı ilə ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahına yeni rəhbər təyin olunub.
Senzor.az bildirir ki, bu barədə Akorda (Qazaxıstan Prezident Administrasiyası) məlumat yayıb.
Prezidentin sərəncamı ilə Sultan Qamaletdinov Qazaxıstanın müdafiə nazirinin birinci müavini və Silahlı Qüvvələrin Baş Qərargahının rəhbəri vəzifəsindən azad edilib, onun yerinə Kanış Əbubəkirov təyin olunub.
Qeyd edək ki, K.Abubəkirov bundan əvvəl Silahlı Qüvvələrin Quru Qoşunları Baş Qərargah rəisi - Baş Komandanın birinci müavini vəzifəsini tutub.