20 Yanvar qətliamı Azərbaycanın istiqlal mübarizəsini əngəlləyə bilmədi - DÖVLƏT BAXÇALI

Sovetlərin 1990-cı il yanvarın 20-də Bakıda törətdiyi qətliam Azərbaycanın istiqlal mübarizəsini əngəlləyə bilmədi.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyanın qrup toplantısındakı çıxışında deyib.

 

MHP lideri 1990-cı il 20 yanvar tarixini Azərbaycanın öz istiqlaliyyəti uğrunda apardığı mübarizənin silahla basdırılmasına edilmiş cəhd kimi qiymətləndirib: "Həmin gün Bakıda və Azərbaycanın müxtəlif bölgələrində qətliamlar törədildi. Rəsmi məlumatlara görə, həmin gün 147 mübariz şəhid oldu. Lakin sovetlərin 1990-cı il yanvarın 20-də Bakıda törətdiyi qətliam Azərbaycanın istiqlal mübarizəsini əngəlləyə bilmədi. 20 Yanvar qətliamı Azərbaycanın öz müstəqilliyi uğrunda ödədiyi ən böyük bədəl olaraq tarixə keçib. Bu həm də Türk dünyası üçün çox önəmli günlərdən biridir".

 

D.Baxçalı Azərbaycanın 2020-ci ildə baş verən 44 günlük müharibədə qazandığı böyük zəfərlə azadlıq və ədaləti bərpa etdiyini vurğulayıb.

 

O, Azərbaycanla Türkiyənin sonsuza qədər birgə olacağını bir daha bəyan edib: "Taleyimiz, keçmişimiz, gələcəyimiz, qərarımız və qətiyyətimiz sonsuza qədər birdir. Tək millət, iki dövlət prinsipinə hər zaman əməl olunacaq".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.