
Avropa İttifaqı (Aİ) fevralın 12-də həddən artıq tənzimləmənin azaldılması və vahid bazarın rəqabət qabiliyyətinin artırılmasına həsr olunmuş xüsusi sammit keçirəcək.
Bunu Almaniya Kansleri Fridrix Merts Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Aİ-nin vahid bazarı ən rəqabətqabiliyyətli model kimi nəzərdə tutulub, lakin zaman keçdikcə Avropa həddən artıq tənzimləmə üzrə dünya çempionuna çevrilib: "Buna son qoymaq lazımdır".
"Buna görə də mən Aİ liderlərini fevralın 12-də xüsusi sammitin keçirilməsi üçün səfərbər etdim, burada biz gələcək kursu müəyyən etmək niyyətindəyik. İtaliyanın Baş nazri Corcia Meloni ilə birgə baxılması vacib olan təkliflər paketi formalaşdırmışıq. Onların arasında yeni ideyalar da var", - Kansler bildirib.
F.Merts əlavə edib ki, bürokratiyanın qarşısını almaq üçün təcili mexanizmin tətbiqi, əvvəlki qanunvericilik təcrübəsi ilə əlaqənin kəsilməsi, həmçinin Aİ büdcəsinin modernləşdirilməsi və rəqabət qabiliyyətinin diqqət mərkəzinə qoyulması təklif olunur.