
Fələstin HƏMAS hərəkatı ABŞ administrasiyası ilə Qəzza sektorundakı yeraltı tunellərin xəritələrinin təhvil verilməsi və silahsızlanma məsələsində razılıq əldə edib.
Bu barədə "Sky News Arabia" mənbələrinə istinadən məlumat yayıb.
Razılaşmaya əsasən, bunun əvəzində HƏMAS-ın siyasi partiya kimi tanınması tələb olunur.
Mənbənin bildirdiyinə görə, razılaşmanın şərtlərinə əsasən, Qəzza sektorunu tərk etmək istəyən HAMAS-ın siyasi və hərbi rəhbərliyi bunu ABŞ tərəfindən təqib olunmadan həyata keçirə biləcək.
Eyni zamanda Vaşinqton İsrail və ABŞ təhlükəsizlik qurumlarının yoxlamasından keçmək şərti ilə HƏMAS-ın polis əməkdaşlarının və keçmiş məmurlarının bir hissəsinin Qəzzanın yeni administrasiyasına inteqrasiyasına razılıq verib.