
İsrail və Azərbaycan sülhdə maraqlı olan ölkələrdir.
Senzor.az bildirir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
"Diplomatik münasibətlərin qurulmasından etibarən əlaqələrimiz bir çox sahədə əhəmiyyətli dərəcədə genişlənib və dərinləşib. Üç il əvvəl İsraildə Azərbaycan səfirliyinin açılması strateji tərəfdaşlığımızı daha da möhkəmləndirən mühüm addım olub", - G.Saar vurğulayıb.
O həmçinin bildirib ki, Azərbaycanın ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ermənistanla sülh əldə etməsi regionun çiçəklənməsinə səbəb olacaq: “Regionda əldə edilmiş nəticələr Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində mümkün olub. Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı, regionda sülh olmazdı. Ölkənin inkişafı və çiçəklənməsi nəzərəçarpacaq səviyyədədir. Prezident İlham Əliyev Azərbaycanı irəli aparır”.