Ərdoğanın Ermənistana 10 milyon dollar yardım göstərəcəyinə dair iddialar dezinformasiyadır -
RƏSMİ ANKARA

Rəsmi Ankara Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanda ehtiyacı olan şəxslərə 10 milyon dollarlıq maddi yardım göstərəcəyinə dair xəbərləri əsassız adlandırıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bununla bağlı Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Şöbəsi məlumat yayıb.

 

Qeyd olunub ki, Ermənistana 10 milyon dollarlıq yardımla bağlı iddialar dezinformasiyadır.

 

“Cənab Prezident Rəcəb Tayyib Ərdoğanın “Ermənistanda ölən əsgərlərin ailələrinə və ehtiyacı olan şəxslərə 10 milyon dollar maddi yardım göstərilməsi ilə bağlı fərman imzaladığı” iddiaları tamamilə əsassızdır.

 

İctimaiyyətin ölkəmizi və Türkiyə–Azərbaycan münasibətlərini hədəf alan dezinformasiyalara etibar etməmələri, yalnız rəsmi qurumlar tərəfindən verilən açıqlamaları nəzərə almasını vacib hesab edirik”, - açıqlamada qeyd edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.