Özbəkistandan gətirilən qurudulmuş yemiş və halvalarda GÖBƏLƏK KİFİ AŞKARLANIB
FOTO

Özbəkistandan Azərbaycana gətirilən qurudulmuş yemiş və halva məhsullarında uyğunsuzluq aşkarlanıb.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

 

Qeyd olunub ki, fiziki şəxs Rzayeva Səbinə Mansur qızının Özbəkistandan idxal etdiyi "İmronxon Umarxon Biznes" şirkətinin istehsalı olan 1008 kq qurudulmuş yemiş və "İspanza Oq Kishmish Uzumlari" şirkətinin istehsalı olan 288 kq halva məhsulundan AQTA müfəttişlərinin götürdüyü nümunələrin müayinəsi nəticəsində kif və maya göbələkləri göstəricisi üzrə uyğunsuzluq aşkarlanıb.

 

Məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə müvafiq qərar qəbul edilib. Sahibkarların müraciəti əsasında məhsul partiyaları məhv edilib. 







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.