Fransada yanğınsöndürənlər etiraz edirlər
VİDEO

Fransanın Lill şəhərində 700-dən çox yanğınsöndürən kadr çatışmazlığı, maliyyə vəsaitlərinin azaldılması və pisləşmiş iş şəraitinə etiraz nümayişi keçirib. 

 

Senzor.az bildirir ki, Şimal departamentinin Yanğınsöndürmə və Xilasetmə Xidmətinin həmkarlar ittifaqı tərəfindən təşkil olunan aksiya polis qüvvələri ilə yaşanan gərginliklə yadda qalıb.

 

Valansyen, Duen və Flandriya bölgələri daxil olmaqla, departamentin müxtəlif yerlərindən gələn yanğınsöndürənlər əvvəlcə Lill dairəvi yolunun bir hissəsini bağlayıblar. Bu, nəqliyyatın hərəkətində ciddi çətinliklər yaradıb və sürücülərin diqqətini cəlb edib. Daha sonra aksiyaçılar həmkarlar təşkilatının binasına doğru yürüş edərək şinlərə od vurublar.

 

Şahidlərin bildirdiyinə görə, etirazçıların bir qismi polis baryerini keçərək binaya daxil olmağa cəhd edib. Təhlükəsizlik qüvvələri narazı qrupa müdaxilə edib, gözyaşardıcı qaz tətbiq olunub. Yanğınsöndürənlər cavab olaraq su şırnağı və odsöndürən balonlardan istifadə ediblər.

 

Həmkarlar ittifaqları yerli hakimiyyət orqanlarını yanğınsöndürənlərə ayrılan büdcənin kəskin azaldılmasını hörmətsizlik kimi qiymətləndirib. Onlar maliyyənin bərpasını, iş yükünün öhdəsindən gəlmək üçün 162 əlavə ştatın açılmasını, eləcə də ümumi iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

 

Tələblər arasında iş vaxtının azaldılması, fövqəladə hallara effektiv cavab vermək üçün maddi və insan resurslarının uyğunlaşdırılması, həmçinin daxili qaydaların yenidən nəzərdən keçirilməsi də yer alır.

 

Aksiya Fransada kütləvi sosial narazılıq fonunda baş verir. Bir sıra peşə sahibləri dövlət resurslarının çatışmazlığı və iş şəraiti ilə bağlı tələblərini son aylarda daha yüksək səslə ifadə edirlər.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.