İrəvan Məhkəməsi Şahramanyanın Qarabağla bağlı iddiasını
RƏDD ETDİ

İrəvan Məhkəməsi ləğv edilmiş separatçı rejimin sonuncu başçısı Samvel Şahramanyanın tarixçi Njde Ovsepyan və Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə qarşı iddiasını rədd edib.

 

Teleqraf xəbər verir ki, separatçı sözügedən şəxs və qurumu ona “böhtan” atmaqda günahlandırmışdı.

 

Məhkəməyə müraciət edən Samvel Şahramanyan iddia edib ki, 9-cu sinif “Tarix” dərsliyində yer alan “Dağlıq Qarabağ Respublikasının prezidenti Dağlıq Qarabağ Respublikasının ləğvi haqqında fərman imzalayıb” ifadəsi yalan, böhtan və təhqirdir. İrəvan Məhkəməsi Samvel Şahramanyanın bu iddiasının təsdiqlənmədiyini bildirib.

 

Xatırladaq ki, Azərbaycanın Qarabağ bölgəsindəki separatçı rejim ordumuzun 2023-cü il sentyabrın 19-da həyata keçirdiyi antiterror tədbirlərindən sonra ləğv edilib. Samvel Şahramanyan bundan sonra - sentyabrın 28-də separatçı rejimin sonuncu başçısı kimi qurumun ləğvi barədə fərman” imzalayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.