
Rusiya İran ətrafındakı vəziyyətə laqeyd deyil.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov RT-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya hazırda özünü İrana, İsrailə və ya ABŞ-a zorla qəbul etdirməyə çalışmır.
“Onlarla təmaslarımızda sadəcə İrandakı vəziyyəti müzakirə edirik. İran bizim yaxın tərəfdaşımızdır. Vəziyyətin necə inkişaf etdiyinə laqeyd deyilik. Üstəlik, bu, təkcə İranın özü üçün deyil, bütün Yaxın və Orta Şərq üçün partlayıcıdır. Orada sadəcə tapdalanmağı gözləyən çoxlu sayda saatlı bomba var. İran və İsrail bilir ki, biz yenidən razılaşmaların həyata keçirilməsinə töhfə vermək baxımından xidmətlərimizi təklif etməyə hazırıq. Ümid edirik ki, bu razılıq əldə olunacaq", - Lavrov qeyd edib.