Zelenski: Polşa ilə dron və digər silahların birgə istehsalına hazırlaşırıq

Ukrayna və Polşa dron və digər silahların birgə istehsalına hazırlaşır.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Polşanın Baş naziri Donald Tuskla söhbətin yekunları üzrə teleqram kanalında yazıb.

 

"Mən ölkəmizin enerji sektorundakı vəziyyət və bərpa məsələləri barədə məlumat verdim. Bu sahədə əməkdaşlığı müzakirə etdik və ölkələrimizi gücləndirə biləcək istiqamətlər var. Xüsusilə, bu, Ukrayna və Polşada enerji şəbəkələrinin inkişafına aiddir", - o yazıb.

 

Zelenski əlavə edib ki, söhbətin ayrıca hissəsi birgə təhlükəsizlik proqramları olub. Ukrayna onun ABŞ silahlarını almasına imkan verən PURL proqramında Polşanın iştirakını davam etdirəcəyinə ümid edir.

 

"Həmçinin, Ukraynanın SAFE proqramının tamhüquqlu iştirakçısı olacağını gözləyirik. Dron və digər silahların birgə istehsalına hazırlaşırıq", - o qeyd edib.

 

Prezident əlavə edib ki, tərəflər müharibənin başa çatdırılması üçün davam edən diplomatik səyləri də müzakirə ediblər.

 

"Mən Ukrayna danışıqlar komandasının fəaliyyəti haqqında məlumat verdim. Rusiyaya təzyiqin davam etdirilməsinin vacibliyini xüsusi vurğuladıq. Biz bu müharibəni real şəkildə - Ukrayna və bütün regionumuz üçün etibarlı təhlükəsizlik zəmanətləri ilə bitirməliyik. Və ən əsası, Rusiyaya heç bir güzəşt edilməməlidir", - Zelenski vurğulayıb.

 

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.