
Səudiyyə Ərəbistanının və Suriyanın birgə investisiyaları ilə yeni aviaşirkət təsis edilib. Bu barədə müqavilə Səudiyyə Ərəbistanının “Flynas” şirkəti ilə Suriya Mülki Aviasiyası təşkilatı arasında imzalanıb.
Senzor.az bildirir ki, “Nas Suriya” adlanacaq yeni şirkətdə Suriya tərəfi 51 faiz, “Flynas” isə 49 faiz paya sahib olacaq. Aviaşirkətin 2026-cı ilin son rübündə fəaliyyətə başlayacağı gözlənilir.