Azərbaycanda silah satışına dair əlavə şərtlər müəyyənləşdi - RƏSMİ

Silah satışına dair əlavə şərtlər müəyyənləşib.

 

Senzor.az bildirir ki, Nazirlər Kabineti bununla bağlı "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”ə dəyişiklik edib.

 

Qərara əsasən, döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatının satışına (idxal edilən döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatı istisna olmaqla) tələb olunan əlavə şərtlər aşağıdakılardır:

 

- istehsal prosesinin məmulatın texnoloji sənədlərinə uyğun qurulması;

 

- texnoloji və konstruktor sənədlərinin normativ hüquqi aktların tələblərinə və standartlara uyğun olması;

 

- texniki şərtlərin normativ hüquqi aktların tələblərinə və standartlara uyğun olması;

 

- istehsal prosesinin ərizəçi tərəfindən həyata keçirilən mərhələlərinin adı və təsviri barədə məlumat.

 

Döyüş təyinatlı hərbi texnika, hərbi silah və sursatın ehtiyat hissələrinin satışına (idxal edilən döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatı istisna olmaqla) da qeyd edilən əlavə şərtlər tələb olunacaq.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.