Kreml Vensin səfəri haqda: Bakı və İrəvan Vaşinqtonla münasibətlər qurmaqda sərbəstdirlər

"Azərbaycan və Ermənistan suveren dövlətlərdir. Onların müxtəlif dövlətlərlə öz münasibətlərini qurmaq üçün suveren hüquqları var".

 

APA xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Vitse-prezidenti Cey. Di. Vensin Bakı və İrəvana səfərinə münasibət bildirərkən deyib.

 

O bildirib ki, Rusiya həm Ermənistan, həm də Azərbaycanla demək olar ki, hər sahədə faydalı əməkdaşlıq edir.

 

Kremlin sözçüsü Moskvanın bu əməkdaşlığı davam etdirmək niyyətində olduğunu söyləyib: "Həm Bakı, həm də İrəvanla geniş ikitərəfli münasibətlərimiz var və bu, mümkün olan hər bir sahəni əhatə edir. Buraya qarşılıqlı faydalı ticarət və iqtisadi əməkdaşlıq, qarşılıqlı investisiya və mədəni əlaqələr daxildir".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.