Zelenski parlamentə seçkilərin keçirilməsi ilə bağlı göstəriş verdi

Ukrayna Prezidenti Volodimir Zelenski hökumətə ölkədə seçkilərin keçirilməsi üçün göstəriş verib.

 

Bunu "The Times" qəzetinə açıqlamasında Ukrayna Prezidenti Administrasiyası rəhbərinin müavini İrina Mudra deyib.

 

"Biz seçkilərin keçirilməsinə hazır olmaq istəyirik. Parlament seçki qanunvericiliyinə düzəlişlər hazırlamaq üçün işçi qrupu yaradıb və fevral ayının sonuna qədər nəticələrini açıqlamalıdır", - deyə Mudra qeyd edib.

 

Onun sözlərinə görə, düzəlişlər hərbi vəziyyət şəraitində səsvermənin "birdəfəlik istisna" kimi keçirilməsinə imkan verməlidir: "Bu, gələcək seçkilərin legitimliyinə xələl gətirməməlidir. Hələ də aradan qaldırılmalı olan böyük çətinliklər var. Altı ilə səkkiz milyon arasında ukraynalı xaricdə yaşayır və biz onların səsvermə hüquqlarına hörmət edilməsini və qorunmasını təmin etməliyik. Rusiya tərəfindən işğal edilmiş və cəbhə xətti ərazilərində yaşayan sakinlərin səs vermək hüququ olmalıdır. Ən vacib məsələ səsvermə zamanı Rusiyanın atəşkəsə razılığıdır".("Teleqraf")






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.