
Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olunub.
Senzor.az bildirir ki, bu barədə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat yayıb.
F.Qəhrəmanlı ölkəyə qayıdan G.Hacıbəylinin hazırda azadlıqda olduğunu bildirib.
Xatırladaq ki, Gültəkin Hacıbəyli ötən il noyabrın 30-da İstanbulda yaşadığı evdən polis şöbəsinə, oradan isə Çatalca Geri Göndərmə Mərkəzinə aparılmışdı.
Onu da qeyd edək ki, yerli KİV-də dərc olunan yazılarda Gültəkin Hacıbəylinin adı “Ramiz Mehdiyev işi”ndə hallanırdı.