
ABŞ-ın Vitse-prezidenti Cey Di Vens Azərbaycan və Ermənistana səfərinin yekunları üzrə video paylaşıb.
Senzor.az bildirir ki, o bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Paylaşımda bildirilib ki, Vitse-prezidentin səfəri tarixi əhəmiyyət daşıyır və sülhün möhkəmləndirilməsinə yönəlib.
"Bu məhz ABŞ Prezidenti Donald Trampın xarici siyasətində sadiq olduğu məsələlərdəndir. Prezident Tramp və mən bu tərəfdaşlığa sadiqik", - C.Vens qeyd edib.